Putin neftin qiymətinin aşağı düşməsindən danışdı

Putin neftin qiymətinin aşağı düşməsindən danışdı
  28 Noyabr 2014    Oxunub:2040
Rusiya prezidenti Vladimir Putin OPEK-in qərarından sonra neftin qiymətinin aşağı düşməsini bazarın normal reaksiyası adlandırıb.
AzVision.az-ın “TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya lideri Fransa energetika konserni “Total”ın baş direktoru Patrik Puyanne ilə görüşü zamanı bildirib.

Putinin sözlərinə görə, ümumilikdə OPEK-in qərarı Rusiyanı qane edir.

Prezident əlavə edib ki, energetika sahəsində bu çətin vəziyyət nə Rusiya nə də “Total” konserni üçün gözlənilməz oldu.

Putinin fikrincə, dünya neft bazarı vəziyyət 2015-ci ilin birinci yarısı və ya ortasında sabitləşəcək. Çünki qarşıdan soyuq qış gəlir.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti