İŞİD-ə ağır zərbə: 553 ölü

İŞİD-ə ağır zərbə: 553 ölü
  23 Oktyabr 2014    Oxunub:3069
ABŞ və koalisiya qüvvələrinə məxsus Hərbi Hava Qüvvələrinin “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Suriyadakı mövqelərinə son bir ay ərzində endirdiyi aviazərbələr nəticəsində 553 nəfər ölüb.
AzVision.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzinin yaydığı məlumatda bildirilir.

Qətlə yetirilən şəxslərdən 32-i dinc sakinlərdir.

Aviazərbələr əsasən Suriyanın Hələb, Rakkka, İdlib, Deyr-əz-Zor və əl-Hasaka şəhərlərinə endirilib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti