İŞİD-ə qoşulan azərbaycanlı partlayış törətdi, özü də öldü

İŞİD-ə qoşulan azərbaycanlı partlayış törətdi, özü də öldü
  18 Oktyabr 2014    Oxunub:7992
“Əbu Abdullah əl-Azərbicani” ləqəbli azərbaycanlı kamikadze İraqın Səlahəddin əyaləti ərazisində terror aktı törədib.
AzVsiion.az-ın Salamnews.org istinadən verdiyi məlumata görə, bu barədə “İslam Dövləti” (İŞİD) terror təşkilatı üzvlərinə məxsus Twitter səhifələrinə istinadla xəbər verir.

Sosial şəbəkədə yerləşdirilmiş məlumata görə, İraqın Səlahəddin əyalətində ordu qüvvələri Beyci şəhəri istiqamətində irəliləyərkən əl-Həmrə adlanan bölgədə əsgərlərə qarşı kamikadze əməliyyatı həyata keçirilib. Əməliyyatı "Əbu Abdullah əl-Azərbicani" ləqəbli bir "mücahid"in içərisində 2 ton partlayıcı olan “Hummer” hərbi maşınını partlatmaqla həyata keçirdiyi bildirilir.

Mənbələr kamikadze əməliyyatı nəticəsində ordunun 4 hərbi texnikasının sıradan çıxdığını və bir neçə əsgərin öldüyünü yazıblar.

Xatırladaq ki, İŞİD üzvləri bu il iyul ayının 20-də də "Əbu Abdullah əl-Azərbicani" ləqəbli bir şəxs tərəfindən Tikrit-Samirra yolunda kamikadze əməliyyatının həyata keçirildiyini bildirib.


Teqlər:  





Xəbər lenti