Bakıda dəhşətli qəza: ölən və yaralanan var

Bakıda dəhşətli qəza: ölən və yaralanan var
  30 İyul 2014    Oxunub:1006
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb. Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Rəşad Ağaverdiyev idarə etdiyi "BMW" markalı avtomobili yolun kənarında dayanmış, 1968-ci il təvəllüdlüEhtiram Bəylərova məxsus "QAZ-53" markalı avtomobilə çırpıb.

Nəticədə, R.Ağaverdiyev xəstəxanaya yerləşdirilib, sərnişini, Balakən rayon sakini, 1975-ci il təvəllüdlü Məzahir Həsənov isə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. (apa)


Teqlər:





Xəbər lenti