Zakir Həsənov gürcü səfirlə görüşdü

Zakir Həsənov gürcü səfirlə görüşdü
  21 Noyabr 2014    Oxunub:1105
Azərbaycan Respublikasının Müdafiə naziri Gürcüstanın səfirini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidzeni qəbul edib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Gürcüstan Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi polkovnik Şalva Turaşvili iştirak edib.


Teqlər:





Xəbər lenti