Xəstələrin qeydiyyatı təkminləşdirilir - səhiyyədə YENİLİK

Xəstələrin qeydiyyatı təkminləşdirilir - səhiyyədə YENİLİK
  20 Dekabr 2014    Oxunub:1786
Azərbaycanda stasionar müalicəyə daxil olan xəstələrin qeydiyyatı təkmilləşdiriləcək.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, gələn il yanvarın 1-dən tibb müəssisəsinə müraciət edən vətəndaşların qeydiyyatı yalnız müvafiq olaraq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nin “Xəstələrin qəbulu və hospitalizasiyadan imtinanın qeydiyyatı jurnalı" moduluna və “Nümunəvi Tibbi İnformasiya Sistemi”nə daxil ediləcək. Bununla yanaşı, gün ərzində daxil olan məlumatın çap edilərək arxivləşdirilməsi də təmin ediləcək.

Bu məqsədlə artıq müvafiq tibbi heyətə təlimlərin keçirilməsinə başlanılıb. Təlimlər dekabrın 25-də yekunlaşacaq.

Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən həyata keçiriləcək.

(Trend)



Teqlər:





Xəbər lenti