Sumqayıtda çimərliklərinə giriş pulsuz oldu

Sumqayıtda çimərliklərinə giriş pulsuz oldu
  13 İyul 2016    Oxunub:4432
Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Aidiyyati qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir, çimərlik ərazilərində istirahət edənlərə lazımı səviyyədə xidmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə və sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilsin.

AzVision.az


Teqlər:





Xəbər lenti