Soyadı olmayan qadın deputatlığa namizəd oldu

Soyadı olmayan qadın deputatlığa namizəd oldu
  06 Oktyabr 2015    Oxunub:3810
Azərbaycanda soyadı olmayan şəxsin deputatlığa namizədliyi qeydə alınıb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, 121 saylı Laçın Seçki Dairəsindən XXX Natəvan Zahir qızı deputatlığa namizədliyini irəli sürüb. Dairə Seçki Komissiyası onun namizədliyini qeydə alıb.

Bitərəf namizəd olan XXX Natəvan Laçın rayon 37 saylı tam orta məktəbdə müəllim işləyir.

121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Hüseyn Səfərov "Report"a açıqlamasında deyib ki, namizədin komissiyaya təqdim etdiyi şəxsiyyəti təsdiq edən sənəddə soyadı XXX yazılıb: "Natəvan xanımın bizə təqdim olunan sənəddə soyadı XXX göstərilib. Biz də soyadı olduğu kimi qeydə alınan namizədlərin siyahısına daxil etmişik".

121 saylı dairədə 10 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrın 1-də keçiriləcək.


Teqlər:  





Xəbər lenti