Şotlandiyada tarixi referendum

Şotlandiyada tarixi referendum
  18 Sentyabr 2014    Oxunub:1537
Bu gün Şotlandiyada müstəqillik məsələsi ilə bağlı referendum keçiriləcək.

AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, tarixi referendum ərəfəsində rəy sorğularında səslər demək olar ki, yarıya bölünüb.

Şotlandiyada keçirilən referendumda yerli əhali bir suala – “Şotlandiyanın müstəqilliyini istəyirsinizmi?” cavab verməlidir.

Şotlandiyada səsvermə məntəqələri Bakı vaxtı ilə saat 11:00-da açılacaq və 15 saat ərzində fəaliyyət göstərəcək.

Şotlandiyada keçiriləcək referendumda yerli əhali ölkənin müstəqilliyinə səs verəcəyi təqdirdə, Avropada yeni siyasi dönəm başlayacaq.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti