Sarkisyan pulla əsgər analarının ağzını yumur

Sarkisyan pulla əsgər analarının ağzını yumur
  29 Aprel 2016    Oxunub:4909
Aprel döyüşlərindən sonra Ermənistanda sosial etirazlar tüğyan edir. Cəbhə xəttindəki son hadisələr zamanı övladlarını itirən valideynlər, hərbçilərin yaxınları mövcud hakimiyyətə qarşı çıxaraq etirazlarını bildiriblər.

Övladları işğal olunmuş Azərbaycan ərazilərində ölmüş əsgər anaları Sarkisyanı istefaya səsləyərək gənclərin ölümünə görə birbaşa Ermənistan rəhbərliyini günahlandırıblar.

Qarabağ döyüşündə ağır məğlubiyyətdən sonra ölkədə nüfuzu xeyli aşağı düşən ölkə rəhbərliyi əsgər valideynlərini sakitləşdirmək üçün büdcədən onlara pul ayrılması ilə bağlı göstəriş verib.

Ermənistanın Əmək və Sosial Məsələlər üzrə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, aprelin əvvəlində cəbhə xəttində baş verən əməliyyatlar zamanı ölən 64 erməni hərbçinin ailəsinə “kompensasiya” veriləcək.

Nazir Artem Asatryanın sözlərinə görə, Qarabağda öldürülən hərbi qulluqçuların ailələrinin sosial ehtiyaclarını öyrənmək məqsədilə işçi qrup yaradılıb.

Ermənistan rəhbərliyi aranı sakitləşdirmək üçün ölən hərbçilərin yaxınlarının işlə təmin olunacağına dair vədlər də verib.

Ermənistanın Müdafiə Nazirliyi ölən hərbçinin ailə üzvlərinə 2 milyon dram kompensasiya (6,274 AZN), onların dəfn xərcləri üçün 1,4 milyon dram (4,392 AZN), məzar daşlarının hazırlanması üçün isə 700 min dram (2,196 AZN) veriləcəyini bəyan edib.

Qeyd edək ki, Ermənistanın rəsmi qurumları cəmi 64 hərbçinin ailəsinə pul verməklə bu dəfə də real itkiləri gizlətmiş oldu.

Məlumat üçün bildirək ki, 2-5 aprel günlərində hərbi əməliyyatların gedişində Ermənistan ordusu 322 nəfər əsgər və zabit itirib, 500-dən çox yaralı və 50-dən çox itkin var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti