Sabah bu yol bağlı olacaq

Sabah bu yol bağlı olacaq
  22 Fevral 2017    Oxunub:1232
Sabah səhər saatlarından Bakının Cəfər Xəndan küçəsinin İbrahimpaşa Dadaşov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
Bu barədə AzVision.az-a "Azəravtoyol" ASC-dən bildirilib. Məlumata görə, hərəkətin məhdudlaşdırılması bir neçə saat çəkəcək. Buna səbəb aparılacaq təmir işləridir.

"Göstərilən müddət ərzində sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə cəmiyyətin məlumatında qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti