Rusiyada miqrantların obyektləri sökülür

Rusiyada miqrantların obyektləri sökülür
  09 Fevral 2016    Oxunub:2154
Moskvada MDB-dən olan miqrantlara məxsus metroətrafı qanunsuz ticarət obyektləri sökülür.
AzVision.az-ın məlumatına görə, bunu Rusiya Daşınmaz Əmlakın İstifadəsinə Nəzarət Dövlət Müfəttişliyinin rəhbəri Sergey Şoqurov deyib.

Onun sözlərinə görə, söküntüyə səbəb qanunsuz tikililərin yeraltı kommunikasiya xətlərinin üzərində yerləşməsidir:

“Hazırda 97 qanunsuz ticarət obyekti söküləcək. Bunun üçün əraziyə 700 ədəd texnika cəlb olunub”.

O, əlavə edib ki, söküntü işləri beş metro stansiyası yaxınlığında və iki küçədə aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti