Ramil Usubov və Kəmaləddin Heydərov Qətərdə

Ramil Usubov və Kəmaləddin Heydərov Qətərdə
  21 Oktyabr 2014    Oxunub:2009
Azərbaycan və Qətər "Milipol Qətər 2014" Beynəlxalq Dövlət Təhlükəsizliyi Sərgisi çərçivəsində təhlükəsizlik əməkdaşlığına dair iki saziş imzalayıb.
İlk saziş Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Qətərin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Saad bin Casim əl-Xuleifi tərəfindən imzalanıb. Sənəd narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, polislər üçün təlimlərin keçirilməsi və məlumat mübadiləsini nəzərdə tutur.

İkinci saziş Azərbaycanın fövqaladə hallar naziri Kəmaləddin Heydərov və Qətərin Daxili Təhlükəsizlik Qüvvələri İdarəsinin rəisi Briqadir Fahad Raşed əl-Əli tərəfindən imzalanıb. Sənəd təhlükəsizlik təlimlərinin və məlumat mübadiləsinin artırılması, həmçinin Qətərin daxili təhlükəsizlik qüvvələri üçün yüksəksəviyyəli təlimlərin keçirilməsini nəzərdə tutur.(trend)


Teqlər:





Xəbər lenti