Prezident Nazirlər Kabinetinə 3 ay vaxt verdi
“Rabitə xidmətləri göstərən hüquqi və fiziki şəxslər üçün rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin təminatına dair texniki-təşkilati şərtlərin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan hissədə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. Rabitə şəbəkələrində aparılan əməliyyat-axtarış tədbirləri üzrə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin rabitə şəbəkələrinə qoşulması Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən “Rabitə şəbəkələrində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya təhlükəsizliyinin təmin edilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir”.
Fərmana əsasən, Nazirlər Kabinetinə prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
AzVision.az
Teqlər: