Nazirlik vətəndaşlara xəbərdarlıq etdi

Nazirlik vətəndaşlara xəbərdarlıq etdi
  29 İyul 2015    Oxunub:2826
Mədəniyyət və Turizm Nazirliyi səyahətə gedən Azərbaycan vətəndaşlarına müraciət edib.
Nazirlikdən AzVision.az - a verilən məlumata görə, yay mövsümü ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunur.

Bununla əlaqədar, nazirlik əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini, "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur.

Turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə rəsmi müraciət edə bilərsiniz.


Teqlər:  





Xəbər lenti