Münhendə fövqəladə vəziyyət elan edildi - VİDEO

Münhendə fövqəladə vəziyyət elan edildi - VİDEO
  23 İyul 2016    Oxunub:2890
Almaniyanın Münhen şəhərində fövqəladə vəziyyət elan olunub.
AzVision.az xarici KIV-ə istinadən xəbər verir ki, sakinlər Katwarn xəbərdarlıq sistemi vasitəsilə fövqəladə vəziyyət haqqında məlumatlandırılıblar.

Hazırda ərazidə xüsusi əməliyyat keçirilir. Yerli sakinlərə evlərini tərk etməmək barədə tapşırıq verilib. Şəhərdə dəmiryolu və avtobus nəqliyyatının hərəkatı dayandırılıb.

Məlumata görə, Münhendə “Olympia” ticarət mərkəzində insanlara atəş açan silahlıların axtarışı üçün keçirilən əməliyyata hərbi helikopterlər cəlb edilib.



AzVision.az


Teqlər:  





Xəbər lenti