Merkellə Putin yenə razılığa gələ bilmədi

Merkellə Putin yenə razılığa gələ bilmədi
  16 Aprel 2014    Oxunub:1011
Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı Ukrayna böhranı müzakirə olunub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti sözçüsünün müavini Kriteyn Virtz məlumat yayıb. O bildirib ki, ötən axşam baş tutan söhbət zamanı böhran ətraflı müzakirə olunub. K. Virtz tərəflər arasındakı söhbətin təfərrüatları barədə dəqiq açıqlama verməsə də, onlar arasında fikir ayrılıqları olduğunu diqqətə çatdırıb.

“Lliderlərin baş verən hadisələrə münasibətinin fərqli olub. Tərəflər, həm də aprelin 17-də Cenevrdə keçiriləcək iclasa hazırlıq işlərinin nə yerdə olduğunu müzakirə ediblər”-deyə Virtz danışıqları qısaca şərh edib.

Qeyd edək ki, Cenevrə toplantısı zamanı ABŞ, Rusiya və Ukrayna xarici işlər nazirləri eləcə də Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarıi Ketrin Eşton bir araya gələcəklər. Görüşdə Ukrayna böhranının diplomatik həlli yolları müzakirə olunacaq.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti