"> ">

Məhbus həbsxanada evləndi - FOTO

Məhbus həbsxanada evləndi - FOTO
  27 Fevral 2015    Oxunub:2389
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı istintaq təcridxanasında nikah mərasimi keçirilib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, təcridxanada saxlanılan Bayramov Rəsul Qəfər oğlu ilə vətəndaş Qədirova Bahar Həsən qızının müraciətləri əsasında onların nikah mərasiminə Penitensiar Xidmət tərəfindən şərait yaradılıb.

4 saylı Bakı "ASAN Xidmət" mərkəzində Qeydiyyat şöbəsinin baş məsləhətçisi Məmmədova Pərvin Gündüz qızı tərəfindən qeydə alınan nikah mərasimində Penitensiar Xidmətin məsul əməkdaşları iştirak ediblər.

Ailə quran məhkumlar yaradılmış şəraitə görə Ədliyyə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.







AzVision.az


Teqlər: " href="/tag/" style="color: #1955a5;">  





Xəbər lenti