Kann festivalının rəsmi posteri seçildi – FOTO

Kann festivalının rəsmi posteri seçildi – FOTO
  15 Aprel 2014    Oxunub:1075
Builki Kann Kinofestivalının posteri rəsmən açıqlanıb.
AzVision.az-ın məlumatına görə, bu il 67-ci dəfə keçirilməsi gözlənilən festivalın afişa şəkli üçün məşhur İtaliya aktyoru Marçello Mastroyani seçilib.

Marçello Mastroyanninin qızı Çaira Mastroyani atasının şəklinin posterdə olmasından qürur hissi keçirdiyini deyib: “Kann-ın atamın şəklini afişa olaraq seçməsi və onu anması məni çox xoşbəxt elədi. Afişa çox gözəl və moderndir”.

Qeyd edək ki, 67-ci Kann Kinofestivalı bu ilin mayın 14-dən 25-ə qədər Fransanın Kann şəhərində keçiriləcək.

Sevinc


Teqlər:  





Xəbər lenti