İlham Əliyevdən həmkarlarına TƏBRİK

İlham Əliyevdən həmkarlarına  TƏBRİK
  27 Noyabr 2014    Oxunub:1068
Prezident İlham Əliyev Albaniya Respublikasının prezidenti Buyar Nişaniyə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, məktubda deyilir:

“Albaniya Respublikasının milli bayramı –Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və rifah arzulayıram”.

Ölkə başçısı həmçinin Mavritaniya İslam Respublikasının prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu göndərib. Məktubda deyilir: “Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Mavritaniya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram”.


Teqlər:  





Xəbər lenti