İcra hakimiyyətində yoxlama aparılacaq

İcra hakimiyyətində yoxlama aparılacaq
  27 İyul 2014    Oxunub:792
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.
Palatadan AzəVision.az-a bildiriblər ki, Sabunçu Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara və Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin şəhərin məhəllədaxili yollarının və səkilərinin istismarı idarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya iclasının qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.


Teqlər:





Xəbər lenti