Göyçayda toyda kütləvi zəhərlənmə olub
AzVision.az-ın report-a istinadən verdiyi məlumata görə, toyda 40-a yaxın vətəndaş zəhərlənib.
Zəhərlənmiş insanlar Göyçay rayon Qaraməryəm kənd sahə xəstəxanasına və Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib.
Zəhərlənmənin toyda verilən şirələrdən baş verdiyi ehtimal olunur.
Hazırda araşdırma aparılır.
AzVision.az
Teqlər: