Gömrükdə siqaret əməliyyatı

Gömrükdə siqaret əməliyyatı
  28 Aprel 2016    Oxunub:1355
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Samur” gömrük postunun gömrük nəzarəti zonasında baxış keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) AzVision.az-a bildirilib.

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsinin sağ və sol iç üzlüklərinin arxasındakı boşluqlardan, ehtiyyat təkərin altından və salonun ön oturacağının arxa üzlüyünün içərisindən gömrük nəzarətindən gizlədilən Belarusun aksiz markası ilə markalanmış 9200 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti