FHN-dən Tovuzdakı yanğınla bağlı məlumat

FHN-dən Tovuzdakı yanğınla bağlı məlumat
  24 İyul 2016    Oxunub:1494
Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayonunun Qovlar şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus kürsülü, ümümi sahəsi 160 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 28 kv.m, 1 otağın tavanı 22 kv.m, ona bitişik ümumi sahəsi 90 kv.m olan talvarın lambirdən ibarət tavanı və talvarın altında dayanmış “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaşayış evinin qalan hissəsi və digər bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb. Məlumata görə, yanğın ev sahibi Vidadi Allahverdiyev tərəfindən törədilib.

AzVision.az


Teqlər:





Xəbər lenti