Ermənilər Ağdamda çobanları atəşə tutub

Ermənilər Ağdamda çobanları atəşə tutub
  21 Fevral 2017    Oxunub:1527
Erməni silahlı bölmələri Ağdam rayonunda dinc sakinləri atəşə tutub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Ağdamın Ayaq Qərvənd kəndinin otlaq sahələrində çobanlar atəşə məruz qalıblar. Çobanlar atəşdən yayına bilsələr də, kənd sakini Mehman Məmmədova məxsus iki qoyun tələf olub.

Azərbaycan Ordusunun cavab atəşindən sonra düşmən susdurulub, çobanlar ərazidən uzaqlaşıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti