Azərbaycan elminə ağır itki üz verdi

Azərbaycan elminə ağır itki üz verdi
  29 Dekabr 2016    Oxunub:5011
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Elbrus Əlizadə vəfat edib.
Azərbaycan Milli Elmlər Akademiyasından AzVision.az-a verilən xəbərə görə, tanınmış alim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə dekabrın 29-da 59 yaşında vəfat edib.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Elbrus Əlizadənin xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər:  





Xəbər lenti