Alper Coşqun Moldovada səfir işləyəcək

Alper Coşqun Moldovada səfir işləyəcək
  26 Avqust 2016    Oxunub:2844
Türkiyənin xarici ölkələrdəki 22 səfirinin yerlərinin dəyişdirilməsi barədə daha əvvəl qəbul olunmuş qərar rəsmiləşib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirlərdən 12-si mərkəzi aparata çağırılıb. Onlardan 10-nun yeri dəyişdirilib.

Türkiyənin Azərbaycan, Fransa, İtaliya, Xorvatiya, Panama, Makedoniya, Mozambik, Yeni Zelandiya, Tunis, Bruney, Bosniya-Hersoqovina və Moldovadakı səfirləri mərkəzə çağırılıb.

Məlumata görə, geri çağırılan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun Türkiyənin Moldovadakı səfiri işləyəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti