AZAL-a xəbərdarlıq edildi

AZAL-a xəbərdarlıq edildi
  28 Sentyabr 2016    Oxunub:1768
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış "Qəbələ" - "Sumqayıt", həmçinin VI turun baş tutan 3 matçı ilə bağlı qərarlar verilib.

Qəbələdəki matçda meydançaya azarkeşin daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. "Qəbələ" oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.

VI turun AZAL - "İnter" matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə meydan sahiblərinə xəbərdarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti