ANAMA Cocuq Mərcanlıda 47 evi yoxlayıb
Beləliklə, 19 gün ərzində Cocuq Mərcanlı kəndində 47 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) aşkar olunaraq zərərsizləşdirilib, 327 059 kv.m ərazi (107 709 kv.m ərazi əl, 95 800 kv.m ərazi mexaniki üsulla,113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə ANAMA yanvarın 1-dən fevralın 22-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 50 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirib, 1 522 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 356 053 kv.m ərazi (136 703 kv.m ərazi əl, 95 800 kv.m ərazi mexaniki üsulla, 113 min kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 10 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
AzVision.az
Teqlər: