ABŞ-ın sensasion İran planı - Yeni xəritə ortaya çıxdı (VİDEOXƏBƏR)

ABŞ-ın sensasion İran planı - Yeni xəritə ortaya çıxdı (VİDEOXƏBƏR)
  11 Fevral 2017    Oxunub:89495
ABŞ-da Donald Tramp dönəminin başlaması ilə Tehran-Vaşinqton münasibətlərində gərginlik xeyli artıb. Trampın İranı “terrorçu dövlət” adlandırması bu gərginliyi pik həddə çatdırıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp ötən həftə keçirdiyi mətbuat konfransında jurnalistlərin “İrana hərbi müdaxilə etməyi düşünürsünüzmü?” sualına “Masadakı hər varinatı dəyərləndiririk” cavabını vermişdi.

Belə bir məqamda İranın ABŞ hərbi bazaları ilə mühasirəyə alındığını əks etdirən xəritə ortaya çıxıb. Xəritədə İranın şimaldan, cənubdan, şərqdən və qərbdən ABŞ hərbi bazaları tərəfindən mühasirəyə alındığı görünür. Xəritədə göstərilən hərbi bazalar İranın qərbində yerləşən bütün ərəb ölkələridə mövcuddur. Hazırda İran, İraq, Küveyt, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanısatan, Pakistan, Qırğızıstan, Tacikistan, Türkiyədə yerləşən ABŞ hərbi bazaları ilə mühasirəyə alınmış durumdadır. Ortaya çıxan xəritə İrana ciddi siyasi mesaj kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, İranın küncə sıxışdırılması ABŞ-ın çoxdankı planıdır.



Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti