Merkel təftişə gəldi

Merkel təftişə gəldi
  25 Fevral 2013    Oxunub:1358
Almaniya kansleri Angela Merkel, Türkiyənin Kahramanmaraş bölgəsinə yerləşdirilmiş Patriot roket-müdafiə sistemlərində xidmət edən 320 alman əsgərini ziyarət edib və onlara mənəvi dəstək olub.
Baş Nazir Ərdoğanın dəvəti ilə Türkiyəyə iki günlük ziyarətə gələn Merkelin təyyarəsi Qaziantep hava limanına enib.
Qaziantepin rəsmi nümayəndələri tərəfindən qarşılanan Merkel və heyəti daha sonra Kahramanmaraşa yollanıb. Yolda ciddi təhlükəsizlik tədbirləri görülüb və Merkelin səfərinə görə Müdafiə Naziri İsmət Yılmaz da Qaziantepə gəlib.
Merkel, vətəndaş müharibəsi yaşanan Suriya tərəfindən gələ biləcək təhlükəni sovuşdurmaq üçün Türkiyənin NATO-dan tələb etdiyi və Kahramanmaraşda yerləşdirdiyi Almaniya Patriot Komandanlığını ziyarət edib. O, bir müddət alman əsgərləri ilə söhbət edərək onlara mənəvi dəstək olub.
Merkelin səfərindən bir gün əvvəl, Almaniya Müdafiə Naziri Tomas De Maizer, Türkiyə Müdafiə Nazri İsmət Yılmaz və Hollandiya Müdafiə Naziri Janin Hennis Plaşert ilə birlikdə həmin bölgədə olublar.


Teqlər:  





Xəbər lenti