Britaniyanın yeni `dəmir ledi`si bəlli oldu

Britaniyanın yeni `dəmir ledi`si bəlli oldu
  11 İyul 2016    Oxunub:2354
Böyük Britaniyada daxili işlər naziri Tereza Mey baş nazir postuna yeganə namizəd qalıb.

AzVision.az “TASS”-a istinadən xəbər verir ki, buna səbəb baş nazir postuna namizəd olan Mühafizəkarlar Partiyasının lideri Andrea Lidsomun mübarizədən çəkildiyini bəyan etməsi olub.

Leadsom baş nazir postu uğrunda yarışdan çəkildiyi barədə özü açıqlama verib və deyib ki, rəqibi ölkənin Aİ-dən çıxışını təmin edəcək ideal liderdir. O, Maya uğurlar arzulayıb.

Bundan sonra baş nazir postunu Tereza Meyin tutacağı qətiləşib. O, Marqaret Tetçerdən sonra baş nazir postunu tutan ikinci qadın olacaq.

AzVision.az




Teqlər:  





Xəbər lenti