Türkiyə azərbaycanlı İŞİD-çinin `başına pul qoydu`

Türkiyə azərbaycanlı İŞİD-çinin `başına pul qoydu`
  11 İyul 2016    Oxunub:26468
Türkiyənin Daxili İşlər Nazirliyi axtarılan İŞİD üzvlərinin siyahısını yeniləyib.
AzVision.az “habertürk”ə istinadən xəbər verir ki, yeni siyahıya əsasən axtarılan 23 terrorçunun sayı 48-ə çatıb. Axtarılan İŞİD üzvləri arasında Azərbaycan vətəndaşı olan Ülkər Məmmədova da var.



Adı siyahıda olan azərbaycanlı İŞİD-çi, 29 yaşlı Ülkər Məmmədova ötən il oktyabr ayının 10-da yüzdən çox insanın ölümünə səbəb olan Ankara terrorunu törətməkdə şübhəli bilinir.

Siyahıdakı terrorçuların məhv edilməsi üçün ümumilikdə 51 milyon lirə mükafat təyin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti