İran Urmiya gölünün qurumasını yalanladı

İran Urmiya gölünün qurumasını yalanladı
  25 Fevral 2013    Oxunub:2097
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Urmiya gölünə dair açıqlama verib.
Səfirliyin mətbuat xidmətinin məlumatına görə, Möhsün Pakayin deyib ki, bəzi media quruluşları Urmiya gölünün quruması, yaxud da kiçilməsi barədə xəbərlər yayır: “Bu xəbərlər təkzib edilir. İran İslam Respublikası bu problemin həlli üçün xüsusi diqqət və qayğı göstərməkdədir, buna imkanları da var. Urmiya gölü qurumaq təhlükəsi ilə qarşı-qarşıya deyil. Əksinə, gölün su hövzəsində 102 ada yerləşir və ona 19 çay axır. Göl qorunma indeksinə görə əla səviyyədədir”.
Səfir gölün probleminin əsas səbəblərini son 25 ildə yağışın illik səviyyəsinin 60 millimetr aşağı düşməsi, quraqlıq və iqlim dəyişikliyi, eləcə də gölə tökülən suların il ərzində 2 milyard 100 milyon kubmetr həcmində azalması ilə əlaqələndirib: “100 kəndin boşaldılması barədə xəbərlərin isə Urmiya gölü ilə heç bir əlaqəsi yoxdur və Maku şəhərinin ətrafındakı bəzi kəndlərin sel suyunun axışı xəttində olması ilə bağlıdır. Əlbəttə, hazırda Urmiya gölünün təxminən 200 hektarı qurumaqdadır və bu hüdudun ətrafındakı bəzi kəndlərdə işsizlik probleminin yaranması mümkündür. Lakin hökumət bu prosesi önləmək əzmindədir”.


Teqlər:





Xəbər lenti