İstanbulda azərbaycanlıya qarşı zümrüd əməliyyatı

İstanbulda azərbaycanlıya qarşı zümrüd əməliyyatı
  04 İyul 2016    Oxunub:7885
Türkiyədə qanunsuz yolla ölkəyə 3 milyon lirə dəyərində zümrüd daşlar keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb.
AzVision.az “haberler.com”-a istinadən xəbər verir ki, İstanbulun Polis Ddarəsi və Qaçaqmalçılığa qarşı mübarizə şöbəsi Sabiha Gökçen hava limanında çay paketlərində 5,5 kq zümrüdü Dubaydan Türkiyə ərazisinə keçirməyə çalışan Azərbaycan vətəndaşını saxlayıb. Zümrüdün ümumi dəyərinin təqribən 3 milyon lira (1 milyon dollar) olduğu bildirilir.

Həmyerlimizin BƏƏ-də qiymətli daşların qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun üzvü olduğu ehtimal olunur.

Qiymətli daşları almaq istəyən şəxslərin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti