Bir gündə 8,9 milyon tamaşaçı bu serialı izlədi - VİDEO

  29 İyun 2016    Oxunub : 10439
Bir gündə 8,9 milyon tamaşaçı bu serialı izlədi - VİDEO
Taxt Oyunları (Game of Thrones) serialının 6-cı mövsümünün final epizodunu serial tarixində rekord dərəcədə insan izləyib.
Bu barədə AzVision.az Varety`-yə istinadən xəbər verir.

“Qışın küləkləri” adlı sonuncu seriyanı ilk gündə 8,9 milyondan çox insan izləyib.

Qeyd edək ki, bundan əvvəlki rekord isə “Taxt Oyunları” serialının beşinci mövsümünün son seriyasına aid idi. Belə ki, son bölümüm 8,1 milyon insan izləmişdi.

Bundan əlavə “Taxt Oyunları” sonuncu mövsümü HBO tarixində ən yaxşı izləyici göstəricisi olaraq da rekord vurub. Belə ki, altıncı mövsümün hər bir bölümünü orta hesabla 23,3 milyon insan izləyir.



Taxtların Oyunu - Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc Martinin fantastik əsəri olan "Buz və Alovun Nəğməsi"nin motivləri əsasında hazırlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: