Nişanı olmalı idi, xəstəlik imkan vermədi…

  25 İyun 2016    Oxunub : 10099
Nişanı olmalı idi, xəstəlik imkan vermədi…
Ağır xəstəliyə düçar olan Aytən xasiyyətçə şən və nikbin ruhlu insandır. Yenidən həyata gülümsəmək, həyatdan zövq almaq və sağlam həyata sahib olmaq isə təəssüf ki, bu dəfə mənəvi yox, daha çox insanların maddi dəstəyindən aslıdır.

Bir müddət əvvəl müayinədən sonra həkimlər Aytənə leykoz xəstəliyi diaqnozu qoydular və hazırda o, Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicəsini davam etdirir. 23 yaşına qədəm qoyan Aytənə may ayında nişan mərasimi keçirilməli idi, lakin məlum xəstəlikdən sonra ailənin planları alt-üst oldu.

Həkimlərin sözlərinə görə, Aytənin sağ qalması üçün İsraildə onun üzərində sümük iliyinin köçürülmə əməliyyatı aparılmalıdır. Ailədən bu əməliyyatı həyata keçirmək üçün 200 min manat, xəstənin müalicəsi və analizinə isə 150 min manat tələb olunur. Bunu reallaşdırmaq isə ailənin maddi gücü çatmır.

Əgər aranızda Aytənə köməklik etmək istəyən varsa aşağıda göstərilən hesaba pul yatıra bilərlər. Bu xəbəri paylaşaraq, bizim səsimizi lazımı dövlət instansiyalara çatdırmağa kömək edin.

Teqlər: