Sarkisyan Putinlə anlaşdı - Ermənistana silah göndəriləcək

Sarkisyan Putinlə anlaşdı - Ermənistana silah göndəriləcək
  24 İyun 2016    Oxunub:4004
Serj Sarkisyanın bu yaxınlarda Sankt-Peterburqa baş tutan səfəri zamanı Rusiya silahının Ermənistana çatdırılmasına dair razılıq əldə edilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənstan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.

“Biz rəsmi Moskva ilə əlaqələrimizi dərinləşdirməliyik. Silahlanma baxımından, həm də tərəfdaşlıq əlaqələrinə dair dəqiq razılaşmalar əldə olunub”, - deyə Şarmazanov bildirib.

Qeyd edək ki, iyun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair görüş keçirilib.

Görüşdən sonra Azərbaycan və Ermənistanın XİN rəhbərləri açıqlama yayaraq danışıqların uğurlu keçdiyini bəyan ediblər.

Birgə bəyanatda qeyd olunub ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti