Maşın ağaca çırpıldı, sürücü öldü

Maşın ağaca çırpıldı, sürücü öldü
  23 İyun 2016    Oxunub:1684
Ucarda yol qəzası baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ucar rayonu, Ənvər Məmmədxanlı kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yol kənarında ağaca çırpılıb.

Avtomobilin sürücüsü 1956-cı il təvəlüdlü Bəkirov Zakir Bəkir oğlunun sıxılmış meyiti yanğınsöndürənlər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti