Dəhşətli qətlin üstü açıldı - 17 yaşlı qızı qardaşı öldürübmüş

Dəhşətli qətlin üstü açıldı - 17 yaşlı qızı qardaşı öldürübmüş
  23 İyun 2016    Oxunub:4852
İyunun 19-da Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan 17 yaşlı Günay Gülməmmədovanın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Aşağı Quşçu kənd sakini 22 yaşlı Ruslan Gülməmmədov bacısını bıçaqla boğazını kəsərək öldürüb, çayın üzərindəki körpünün altına atıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Ruslan Gülməmmədov saxlanılıb.

Aşağı Quşçu Bələdiyyəsinin sədri Tofiq Hüseynov faktı təsdiqləyib.

Qeyd edək ki, 17 yaşlı qız orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Anası bir müddət əvvəl vəfat edib, taksi sürücüsü olan atası isə başqa qadınla ailə qurub.

AzVision.az


Teqlər:  





Xəbər lenti