Kürdə batan şəxs xilas olunub

Kürdə batan şəxs xilas olunub
  23 İyun 2016    Oxunub:1426
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kür çayında batan şəxsi xilas edib.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicisi hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti