SOS: Şəkər xəstələrinin sayı sürətlə artır

SOS: Şəkər xəstələrinin sayı sürətlə artır
  22 İyun 2016    Oxunub:3310
“Azərbaycanda 204 min şəkərli diabet xəstəsi qeydiyyatdadır”
AzVision.az xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzin direktoru Yusif İsmizadə deyib.

O qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən hər il dünyada şəkərli dibaet xəstələrinin sayı 10-15 faiz artır: “Bu rəqəm Azərbaycanda da belədir. Respublika üzrə şəkərli dibaet xəstələrinin 62 mini Bakı şəhərindədir. Xəstəliyin yaranma səbəbi müxtəlifdir. Adi qrip xəstəliyi keçirən insanda onun fəsadı kimi şəkər xəstəliyinə tutula bilər”.

Y.İsmizadə qeyd edib ki, uşaqlarda şəkərli diabetin aşkarlanmasının iki tipi mövcuddur: “Birinci tipdə uşaqlarda şəkərli diabetin anadan keçməsi faktoru olmur, autom xəstəlik irsi deyil. İkinci tip şəkətli diabet irsi xəstəlikdir. Ailədə varsa, o zaman ailənin fərdləri risk qrupuna daxil olurlar. Əgər anada və atada şəkərli diabet xəstəliyi varsa, o zaman uşaqların 50 faizində meyillik olur. Amma valideynlərdən hər hansı birində şəkərli diabet olarsa, o zaman 30 faiz meyillilik olur”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti