Azərbaycanın ən yaşlı bəyi – 81 yaşlı kişi evlənib

Azərbaycanın ən yaşlı bəyi – 81 yaşlı kişi evlənib
  21 İyun 2016    Oxunub:42454
Azərbaycanda nikaha daxil olan ən yaşlı insan Qubadlı sakinidir.

Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilb ki, 2015-ci ildə Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən 68,8 min nikaha daxilolma halları qeydə alınıb.

18 yaşadək nikaha daxil olan oğlanların sayı 3 nəfər, qızların sayı isə 388 nəfər olub. 18 yaşda nikaha daxil olan qızların sayı 934 nəfər təşkil edib.

Komitədən həmçinin bildirilib ki, nikaha daxil olan ən yaşlı kişinin 81 (Qubadlı rayonu), ən yaşlı qadının isə 68 yaşı (Siyəzən rayonu) var.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti