Salyanda bir ailənin faciəsi: `Nəvələrimi həkimlər öldürüb`

Salyanda bir ailənin faciəsi: `Nəvələrimi həkimlər öldürüb`
  21 İyun 2016    Oxunub:13260
Xəbər verdiyimiz kimi, ötən Salyan rayonunda dünyaya gələn üçəmlərdən ikisi doğuşdan 6 saat sonra ölüb, birinin isə vəziyyəti ağırdır.
Salyan şəhər Həsən Məmmədov küçəsi, ev 6 ünvanında yaşayan 21 yaşlı Mirzabitə İlham qızı Abdullayeva ötən gecə Salyan Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum şöbəsinə yerləşdirilib.

Yerli mətbuatda yayılan xəbərlərə görə, doğuş normal həyata keçirilib və ana üçəm dünyaya gətirib. Lakin doğuşdan 6 saat sonra xəstəxananın elektrik enerjisi kəsilib və şüşə altında saxlanılan körpələrdən ikisi oksigen çatışmazlığından ölüb, birinin isə vəziyyəti ağır olaraq qalır.

Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Səlimov isə yayılan xəbərləri təkzib edib. Onun sözlərinə görə, uşaqların çəkiləri normadan az olub və nəticədə onların həyatını xilas etmək mümükün olmayıb.

Mirzabitə Abdullayevanın anası Şəlalə Abdullayeva körpələrin ölümündə həkimləri günahlandırıb. Ş.Abdullayeva AzVision.az-a açıqlamasında bildirib:

“Doğuş saat axşam 11-də oldu. Uşaqlar normal şəkildə dünyaya gəlmişdilər. Üçünün də çəkisi normal idi. Doğulanda ağlayırdılar. Daha sonra həkimlər bizə dedilər ki, uşağın birini evə apara bilərsiniz, digərləri isə oksigen aparatına qoşulmalıdır. Gecə saat üç olardı ki, xəstəxanada işıqlar söndü. Mən tez həkimlərin yanına qaçdım ki, generator qoşub, uşaqlara oksigen versinlər.Hətta təklif etdim ki, evdən generator gətirək. Amma onlar icazə vermədilər. Dedilər ki, hər şey yaxşıdır, narahat olmayın. Uşaqlar oksigensiz qaldıqları üçün öldülər”.

Salyan sakininin sözlərinə görə, həkimlər onlara qarşı kobud münasbət göstəriblər: “Həkim bizə deyir ki, gedin, kimə şikayət edirsiniz edin, heç kimdən qorxmuruq. Biz uşaqlar doğularkən üçünün də şəkillərini çəkdik. Normal uşaqlar idilər. Təklif etdik ki, televiziyalar gəlib uşaqları çəksinlər, həkimlər bizə çox sərt münasibət göstərdilər. Nəvələrim həkimlər öldürdülər. Onlar normal uşaq idilər, həkim səhlankarlığı ucbatından onlar öldülər”.

Ş.Abdullayeva qızının vəziyyətinin pis olduğunu bildirib.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:





Xəbər lenti