Zakir Fərəcovun saldığı bulvardan FOTOREPORTAJ

  21 İyun 2016    Oxunub : 13390
Zakir Fərəcovun saldığı bulvardan FOTOREPORTAJ
Sumqayıtda yeni salınan bulvarda genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri davam etdirilir.
AzVision.az xəbər verir ki, qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşasına başlanılıb. Hazırda bulvarda 4,2 kilometr uzunluğunda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.





























Anar Kəlbiyev
AzVision.az

Teqlər: