Bakıda ər arvadını boğub öldürdü

Bakıda ər arvadını boğub öldürdü
  21 İyun 2016    Oxunub:1919
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Bakı şəhər Prokurorluğundan AzVision.az-a verilən məlumata görə, hadisə iyunun 20-də Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini Tural Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı yaşadığı evdə qısqanclıq zəminində əlləri ilə boğaraq öldürüb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti