Qubada 8 otaqlı ev yanıb

Qubada 8 otaqlı ev yanıb
  21 İyun 2016    Oxunub:1294
Qubada yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonu, Xucbala kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları, ev əşyaları 81 kv.m sahədə, evə bitişik ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə və talvarın altına yığılmış 1.5 ton ot bağlamasının 200 kq-ı yanıb.

Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti