Xaçmazda uşaq bağçasında yanğın olub

Xaçmazda uşaq bağçasında yanğın olub
  20 İyun 2016    Oxunub:1573
Xaçmazda uşaq bağçasında yanğın baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunda ümumi sahəsi 360 kv.m olan hazırda fəaliyyət göstərməyən uşaq bağçasının taxtadan ibarət dam örtüyü 360 kv.m və taxta arakəsmələri 10 kv.m sahədə yanıb.

Uşaq bağçasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti