Xəzərdə batan 2 nəfər xilas edilib

Xəzərdə batan 2 nəfər xilas edilib
  20 İyun 2016    Oxunub:1360
Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 16:23-də başa çatıb.

Oxşar hadisə Xəzər rayonunda da baş verib. 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 15:55-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti