33 yaşlı kişinin evdə meyiti tapılıb

33 yaşlı kişinin evdə meyiti tapılıb
  20 İyun 2016    Oxunub:1884
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1983-cü il təvəllüdlü Əhmədov Samir Fəzail oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:19-da başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti